Xəbər lenti

Qeysəriyyə əməliyyatı qadınların həyatı üçün təhlükəlidir? - Həkimdən açıqlama
Ölkə 21:09 29.02.2024

Qeysəriyyə əməliyyatı qadınların həyatı üçün təhlükəlidir? - Həkimdən açıqlama

"Qeysəriyyə əməliyyatı gələcəkdə ana olmağa mane olmur. Çünki qadın qeysəriyyə yolu ilə 4 dəfə ana ola bilər. İndi kim dünyaya 4 uşaq gətirir? Hansı ailəyə baxsan 1-2 uşağı var. Nadir hallarda 3 uşağlı ailələrə rast gəlmək olur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva parlamentin səhiyyə komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmiraslanovun anaların son vaxtlar qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirməsi fikirinə münasibət bildirərkən deyib. 

Ginekoloq vurğulayıb ki, buna baxmayaraq, üçüncü və dördüncü qeysəriyyə əməliyyatı risklidir:

"Lakin fakt odur ki, bəzi xəstələr doğuşdan imtina edir, qeysəriyyə əməliyyatına üstünlük verirlər. Bunun da səbəbləri var. Ağrıya qarşı dözümsüz  olurlar. Sosial-məişət problemləri hədsiz çoxdur. Bu da böyük gərginliyə səbəb olur. Hamilələr özləri normal doğuşdan imtina edir". 

Komitə sədrinin gənc analar körpələrinə süd vermək istəməməsi barədə fikirinə gəlincə, ginekoloq bununla da razılaşmadığını qeyd edib:

"İmtina etmirlər, burada göstərici 50-50-dir. Əksinə, bizə müraciət edib müalicə yazdırırlar ki, südləri olsun. Belə xəstələr hardasa 70% təşkil edir. 30% isə süd verməkdən imtina edir. Çünki anaların əksəriyyətinin az südü olur, baxır ki, uşaq doymur, bu səbəbdən imtina edir. Analar gözəllik axtarmır. Süd olmayanda süni qidalara keçirlər. Süni qidalar çox bahadır, kim istəyər ki, artıq pul xərcləsin? Ana uşağının sağlam böyüməsini istəyər".

Qeyd edək ki, parlamentin səhiyyə komitəsinin sədri, mullət vəkili, akademik Əhliman Əmiraslanov gənc analar körpələrinə süd vermək istəmədiyini bildirib. Sədr qeyd edib ki, son vaxtlar uşaqları qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməyə üstünlük verirlər. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->