İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tasnim” məlumat yayıb.
Yaralıların sayının 200-ə çatacağı bildirilir.
17.11
İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.
Qaynarinfo "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib.
Hadisə nəticəsində 73 nəfər ölüb, 170 nəfər yaralanıb. Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur.
İran rəsmiləri hadisənin terror aktı olduğunu bəyan edib.
Qeyd edək ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.
Şərhlər