ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlində əli olub. Bu fikirləri onun qardaşı oğlu, prezidentliyə namizəd Robert Kennedi deyib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS radiosuna istinadən
yazıb.
"Onun qətlində MKİ əli olub, tutarlı sübutlar var. İnanıram ki, indi bununla bağlı əsaslı şübhələr yoxdur”, - deyə o bildirib və idarənin təkcə qətldə deyil, həm də cinayətin "izlərinin ört-basdır edilməsində” əli olduğunu bildirib.
Siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) qardaşı oğludur. Kiçik Kennedi davamlı olaraq peyvəndlərə qarşı çıxır və ətraf mühitin fəalıdır.
Ötən ilin dekabrında ABŞ administrasiyası Con Kennedinin qətli ilə bağlı 13 mindən çox sənədi açıqlayıb. Buna baxmayaraq, ABŞ hakimiyyətinin qərarına əsasən, bəzi sənədlər məxfi olaraq qalır.
Alpər
Şərhlər