Xəbər lenti

Dünya 11:44 23.09.2024

"Putin qırmızı xətti keçdi" - Danimarkanın baş naziri

Ukraynanın müttəfiqləri ölkəyə qarşı mübarizə aparmağa yardımda tərəddüdü dayandırmalı və verilən silahların Rusiya ərazisinə zərbə endirmək üçün istifadəsinə icazə verməlidir. Putinin keçdiyi ən mühüm qırmızı xətt Ukraynanın işğalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen "Bloomberg”ə müsahibəsində danışıb

"Mənim təklifim budur: gəlin qırmızı xətlərin müzakirəsinə son verək”, - Frederiksen bildirib. 

O, "müharibə zamanı qırmızı xətlərin ictimai müzakirəsinin aparılmasının səhv olduğunu" söyləyib, belə ki, bu, "sadəcə rusların əlinə yaxşı kart verir".

"Biz bunu edə bilərikmi” mövzusunda davamlı müzakirələr gedir. Baş verən gecikmələri dayandırmaq çox yaxşı olardı. Və mən düşünürəm ki, silahdan istifadəyə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır”, – Danimarkanın baş naziri bildirib.

Frederiksenin fikrincə, Ukraynanın Rusiyanın dərinliklərinə Qərb ölkələrinin verdiyi silahlardan istifadə etməsinə icazə verilməsinin Kiyevin müttəfiqlərini münaqişəyə qoşulması hesab edilməyəcək. 

"Ən vacib qırmızı xətt artıq keçib. Bu, ruslar Ukraynanı işğal edəndə baş verib. Buna görə də bu müddəanı qəbul etməyəcəyəm və heç vaxt Rusiyadan heç kimin NATO-da, Avropada və ya Ukraynada nə edəcəyini qərar verməsinə icazə verməyəcəyəm”, - o deyib.

O, BMT-nin qarşıdakı iclaslarında Ukraynanın prioritet olacağını və digər liderlərə Vladimir Putinin daha geniş niyyətlərini gözardı edə bilməyəcəklərini söyləyib.
"Hazırda gördüyümüz odur ki, Rusiya Şimali Koreya və İranla yaxınlaşır. Təəssüf ki, Rusiya Çinin köməyi olmadan Avropa daxilində genişmiqyaslı müharibə apara bilməzdi. Bu, Avropa münaqişəsi deyil, qlobal münaqişədir və nəticələri son dərəcə ciddi olub”, - Frederiksen vurğulayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->