Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” ASC-nin "Poz-Qazan” oyunları oktyabr ayında 10 böyük uduşla yadda qalıb.
Bakıda "Poz-Qazan” tarixində ən böyük uduş olan "
Prestij” lotereyasında növbəti 500 000 manat qazanılıb. "Prestij”dən 3 ədəd biletdə isə 5 000 manat qazanılıb. Uğurlu biletlər Bakı, Zaqatala və Gəncədən alınıb. "Prestij”də növbəti böyük uduşlar sahiblərini gözləyir.
Gəncədə daha bir böyük uduş – 50 000 manat "Uğurlu 7” lotereyasından qazanılıb. Masallıda isə "
Uğurlu 7” 10 000 manatlıq böyük uduşla Valeh Sadıqova uğur gətirib.
Şəmkirdə də "
Göz muncuğu” lotereyasından böyük uduş – 100 000 manatla sahibini sevindirib.
Cəlilabadda isə "
Qızıl” lotereyasından böyük uduş – 25 000 manat Seymur Dadaşova nəsib olub. Paytaxtda "
10X” lotereyasından da 10 000 manat udululub.
Ayın sonuncu böyük uduşu isə Qubada "
Zümrüd” lotereyasından qazanılıb. Bəxtəvər qalib 10 000 manata sahib olub.
Qeyd edək ki, "Poz-Qazan” oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri "Azərlotereya” satış nöqtələri və "Misli” məntəqələri , "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin "Wolt”dan sifariş vermək mümkündür.
Şərhlər