Xəbər lenti

Dünya 17:32 01.04.2024

"Politico": Ursula fon der Lyayenə qarşı işə Aİ prokurorları baxacaq

Avropa İttifaqı prokurorları Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qarşı "dövlət funksiyalara müdaxilə, sübutların məhv edilməsi, korrupsiya və maraqların toqquşması” ilə bağlı təhqiqat aparan Belçika prokurorlarını əvəzləyib. AK rəhbəri 2021-ci ildə koronavirusa qarşı vaksinlərin alınması üçün müqavilə bağlayarkən "Pfizer” şirkətinin baş direktoru Albert Burla ilə sövdələşmədə şübhəli bilinir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən yazır.

Aİ prokurorluğu maliyyə cinayətlərinin ümumavropa təhqiqatlarına rəhbərlik edir və Avropa Komissiyasının ofislərində telefon və digər avadanlıqları müsadirə etmək, həmçinin Avropa ölkələrində axtarışlar aparmaq hüququna malikdir. "Bununla bağlı lazım olan hər şey deyilib və edilib, biz nəticələri gözləyəcəyik”, deyə fon der Lyayen vəziyyəti şərh edib. Eyni zamanda, AK rəhbəri Albert Burla yazışmaların olduğunu təsdiqləmir.

Qeyd edək ki, Ursula fon der Lyayenə qarşı peyvənd satınalma müqavilələri ilə bağlı iddia 2023-cü ildə Belçika məhkəməsinə verilib. İlkin iddiaçı AK rəhbərini vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edən lobbiçi Frederik Baldan olub. Daha sonra iddiaya Macarıstan və Polşa qoşulub, lakin sonuncu, Donald Tusk hökumətə qayıtdıqdan sonra tələblərini geri götürüb.

Ursula fon der Lyayen 2019-cu ildən Avropa Komissiyasının rəhbəri vəzifəsində çalışır. Onunla əczaçılıq şirkətinin rəhbəri arasındakı yazışmalar haqqında ilk dəfə 2021-ci ildə "The New York Times” məlumat yayıb. 2024-cü il martın 7-də Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyası fon der Lyayenin yeni müddətə namizədliyini irəli sürüb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->