Xəbər lenti

Peyklər USQ-nin Krımda aerodroma hücumunun nəticələrini qeydə aldı
Dünya 23:38 29.07.2024

Peyklər USQ-nin Krımda aerodroma hücumunun nəticələrini qeydə aldı

Müvəqqəti olaraq Rusiyanın işğalı altında olan Krımın Novofedorivka kəndi yaxınlığında yerləşən Saki aerodromuna Ukrayna Silahlı Qüvvələrinin raket hücumunun nəticələrini peyklər qeydə alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Krım. Realii" Teleqram kanalı yazıb.

İyulun 28-ə aid kadrlar göstərir ki, aerodromun Su-30 təyyarələrinin yerləşdiyi hissələrdən birində yanğın və/yaxud partlayışı göstərə bilən tünd ləkələr əmələ gəlib.

Qeyd olunur ki, hazırda peyk şəklinin təhlili bu hücumun nəticələrini tam qiymətləndirməyə imkan vermir.

İyulun 26-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, raket qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Saki aerodromuna hücum edib. Rusiya rəsmiləri məlumatı şərh etməyiblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->