Pentaqon tezliklə tədarüklə bağlı problemlər başlaya biləcəyindən Konqresi Ukraynaya maliyyəni artırmağa çağırıb.
Qaynarinfo Associated Press-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun nəzarətçisi Maykl Makkordun Nümayəndələr Palatasının və Senatın rəhbərlərinə yazdığı məktubda
deyilir.
Məktubda deyilir ki, ABŞ silah müqavilələri üçün pul verən Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) Ukraynaya uzunmüddətli maliyyə imkanlarını tamamilə tükəndirib.
Makkord qeyd edir ki, indi əlavə maliyyə olmadan ABŞ hava hücumundan müdafiə silahları, döyüş sursatı, pilotsuz uçuş aparatları və "Rusiya qış hücumu keçirməyə hazırlaşarkən kritik əhəmiyyətə malik” digər silahların tədarükünü təxirə salmağa və ya azaltmağa məcbur olacaq.
Eyni zamanda, Pentaqonun nəzarətçisinin yazdığı kimi, Ukraynaya verilən silahların əvəzlənməsi üçün Konqres tərəfindən ayrılmış 25,9 milyard dolların 1,6 milyard dolları qalır. Buna görə də nazirlik artıq bəzi qoşunların tədarükünü ləngitmək məcburiyyətində qalıb.
Nizami Bağırov
Şərhlər