Pentaqonun Kəşfiyyat İdarəsinin analitik şöbəsinin baş tədqiqatçısı Pol Freistler Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə bildirib ki, Çin hipersəs silahlarının inkişafında Rusiyanı qabaqlayır - Çin silahlı qüvvələri artıq Sakit okeanda ABŞ hərbi hədəflərini vura biləcək silahlar yerləşdirə bilər.
Qaynarinfo bu barədə Bloomberg-ə istinadla xəbər
verir.
Məlumatına görə, Freistler vurğulayıb ki, "həm Çin, həm də Rusiya hipersəs silahlarının çoxsaylı uğurlu sınaqları keçirsə və ehtimal ki, əməliyyat sistemləri yerləşdirsələr də, Çin həm infrastrukturun dəstəklənməsi, həm də sistemlərin sayı baxımından Rusiyanı qabaqlayır". O, "intensiv, məqsədyönlü investisiyalar" sayəsində ÇXR-in nüvə və qeyri-nüvə hipersəs raket texnologiyalarının inkişafında kəskin irəliləyiş əldə etdiyini deyib.
Bundan əvvəl ABŞ hərbçiləri artıq Çin və Rusiyada hipersəs silahlarının hazırlanmasında irəliləyişlə bağlı narahatlığını bildirib.
Alpər
Şərhlər