Xəbər lenti

Paris-2024: İki cüdoçumuz və Lunyov uğursuz başladı
İdman 14:26 27.07.2024

Paris-2024: İki cüdoçumuz və Lunyov uğursuz başladı

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Qaynarinfo xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib. Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub. 

Azərbaycan cüdoçusu Leyla Əliyeva da mübarizəyə başlayıb. 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Xalimajon Kurbanova (Özbəkistan) ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Əliyeva turnirlə vidalaşmalı olub.

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov da mübarizəyə uğursuz start verib. O, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb. Lunyov 33 iştirakçı arasında 24-cü olub. 571 xal toplayan idmançı final mərhələsinə yüksələ bilməyib. O, daha sonra 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->