Xəbər lenti

Dünya 22:22 07.09.2024

"Telegram" Ukraynanın milli təhlükəsizliyinə real təhlükə yaradır" - Kiril Budanov

"Telegram" messenceri Ukraynanın milli təhlükəsizliyinə real təhlükə yaradır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirilo Budanov "Radio Xartiya"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, "Telegram" Ukraynada cəmiyyət üçün əsas informasiya mənbəyinə çevrilib, tamamilə hər şeyi üstələyib. Eyni zamanda, Budanov messenceri sadəcə bağlamağın tərəfdarı deyil.

"Yeri gəlmişkən, bunu etmək olduqca çətindir, lakin mümkündür. Mən bütün "Telegram" kanallarının rəsmiləşdirilməsinin tərəfdarıyam. Əgər, necə deyərlər, hansısa xəbər yayımlamaq istəyirsinizsə, qeydiyyatdan keçin. Hamı başa düşsün ki, bu kanal Moskva şəhərində yaşayan Rusiya Federasiyasının vətəndaşı İvan İvan İvanoviçə qeydiyyatdan keçib. Ukrayna vətəndaşı olub-olmadığını bilmirəm. Sonra isə şəxs ora yerləşdirdiyi şeylərə görə şəxsən məsuliyyət daşıyır", deyə Budanov bildirib.

O, bəzi "Telegram" kanallarının "dəqiq senzuradan keçməmiş materiallar" yerləşdirdiyini və bunun Ukraynadakı müharibə məsələsinə aid olmadığını vurğulayıb:

"Bəs məsuliyyət nədir? Yoxdur. Belə olmamalıdır. Əgər bir şey etmək istəyirsənsə, zəhmət olmasa, bunun məsuliyyətini üzərinə götür. Hər şey qaydasındadırsa, niyə gizlənirsən?".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->