Parisdəki Olimpiya kəndində yaşayan idmançılar yemək çatışmazlığından şikayətləniblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Mənbənin sözlərinə görə, oyunların təşkilatçıları müəyyən növ yeməklərin paylanmasını rasionla bölüşdürməli olublar ki, hamı üçün kifayət qədər olsun. Belə ki, idmançılar yumurta qıtlığından və müəyyən məhsulların doldurulmasının sürətindən şikayətləniblər.
"Sodexo Live" restoranı Olimpiya kəndində qida istehlakı reallıqlarını nəzərə almaq üçün qida satınalma proqramını düzəltmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Aydın
Şərhlər