Pentaqonun rəhbəri Lloyd Ostin xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn) iclasında iştirak etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pet Rayder brifinqdə bildirib.
Rayder Ostinin Brüsselə səfərini ləğv etdiyini və toplantının virtual olaraq baş tutacağını təsdiqləyib.
"Nazir Ostin virtual görüşdə iştirak etmək niyyətində olsa da, hər şey onun sağlamlıq vəziyyətindən asılı olacaq", - ABŞ müdafiə rəsmisi əlavə edib.
Rayder əlavə edib ki, zərurət yaranarsa, Ostini görüşdə Brüsseldə olacaq müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander təmsil edəcək.
Bundan əlavə, onun sözlərinə görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Çarlz Braun da Vaşinqtondan virtual olaraq iştirak edəcək.
Xatırladaq ki, Pentaqonun rəhbəri reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəzifələrinin icrası müvəqqəti olaraq müavini Ketlin Hiksə həvalə edilib.
Həkimlərin fikrincə, Ostin fevralın 13-də vəzifəsinə qayıda biləcək.
"Ramştayn” formatında görüş fevralın 14-də Brüsseldə NATO müdafiə nazirlərinin görüşü ilə paralel baş tutmalıdır.
Nizami Bağırov
Şərhlər