Xəbər lenti

Orban:
Dünya 17:40 27.07.2024

Orban: "Ukrayna və Rusiyanı ancaq xarici qüvvə barışdıra bilər"

"Ukrayna və Rusiyanın təkbaşına sülhü razılaşdıra bilməsi mümkün deyil, onları ancaq xarici qüvvə barışdıra bilər". 

Qaynarinfo xəbər verir ki, bunu HVG-yə Macarıstanın baş naziri Viktor Orban deyib.

O vurğulayıb ki, müharibədə itkilər artıq yüz minlərlə qiymətləndirilir, lakin tərəflər bir-biri ilə danışıqlar aparmaq istəmir. Orban hesab edir ki, buna səbəb hər iki ölkənin öz qələbələrinin mümkünlüyünə inanmasıdır və bunun üçün mübarizə aparmaq niyyətindədir.

"Hər iki tərəf öz həqiqətləri ilə qidalanır. Ukraynalılar özünümüdafiəyə inanırlar və rusların fikrincə, Ukraynada NATO-nun ciddi hərbi inkişafı baş verib. Və onlar sərhəddə NATO qoşunlarını və silahlarını görmək istəmirlər", deyə Orban bildirib.

Macarıstanın baş nazirinin sözlərinə görə, hər iki tərəf təslim olmaq niyyətində deyil və daha da gərginləşməyə doğru gedir, ona görə də sülh yalnız kənardan gətirilə bilər.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->