Xəbər lenti

Nazir Salyana rəis təyin etdi
Ölkə 14:52 18.10.2024

Nazir Salyana rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirliyin daxili xidmət mayoru Quliyev Zaur Böyükağa oğlu sözügedən idarənin rəisi təyin olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bir ay əvvəl polkovnik-leytenant Əli Abdullayev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->