Xəbər lenti

NATO ölkələri Ukrayna səmasında raket və PUA vurmayacaq - Pentaqon
Dünya 11:56 04.10.2024

NATO ölkələri Ukrayna səmasında raket və PUA vurmayacaq - Pentaqon

Şimali Atlantika Alyansı (NATO) ölkələri Ukrayna ərazisi üzərində raket və pilotsuz uçuş aparatları vurmayacaq, çünki bu cür hərəkətlər onları Rusiya ilə müharibəyə sürükləyəcək.

Bu barədə Qaynarinfo ABŞ Müdafiə Nazirliyinin vitse-spikeri Sabrina Sinqha istinadən xəbər verir.
 
Onun sözlərinə görə, İsrail üzərində düşmən PUA-ların məhv edilməsində müttəfiqlərin yardımı və Ukraynadakı oxşar hərəkətlər "iki çox fərqli mənzərə və döyüş meydanıdır”.

Sinqh qeyd edib ki, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsinin lap əvvəlində "Ukraynaya döyüş meydanında lazım olanı verməyi tapşırıb”. Silahlı Qüvvələr isə öz ərazilərini geri qaytarmaqda davam etmək üçün hava hücumundan müdafiə və digər imkanlardan istifadə etməkdə çox uğurlu olub.
"Dövlət katibi indicə cənab Umerovla döyüş meydanından ən son məlumatları almaq, başqa hansı qüvvə və vasitələrin lazım olduğunu daha yaxşı başa düşmək üçün danışdı. Prezident öhdəlik götürüb ki, Birləşmiş Ştatları Ukraynada ayağını yerə qoymayacaq, lakin biz Ukraynanın öz suveren ərazisini geri qaytarmaq səylərini dəstəkləyirik”, - o bildirib.

Düşmən hədəflərinin Rumıniya və ya Polşa ərazisindən məhv edilməsini "ayağı yerə qoymaq” hesab etmək olarmı sualına Sinqh cavab verib ki, bu, Qərb ölkələrini müharibəyə sürükləyəcək.

"İndi biz hiss edirik ki, Ukrayna öz şəhərlərinə, əhalisinə və infrastrukturuna Rusiya hücumlarından uğurla müdafiə edə bilib. Və biz onlara bunun üçün lazım olan dəstəyi göstərməyə davam edəcəyik”, – Pentaqonun sözçüsünün müavini bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->