Rumıniya prezidenti Klaus İohannis bildirib ki, o, təşkilatın baş katibi vəzifəsinə namizədliyini geri götürdüyü barədə NATO müttəfiqlərini məlumatlandırıb.
Bu barədə Qaynarinfo Rumıniya prezidentinin saytında dərc edilən məlumata istinadən xəbər
verir.
Ölkənin Ali Müdafiə Şurasının iclası zamanı İohannis üzvlərdən Mark Rüttenin NATO baş katibi vəzifəsinə namizədliyi ilə bağlı fikirlərini bildirməyi xahiş edib.
"Onlar Rumıniyanın Niderlandın baş nazirinin namizədliyini dəstəklədiyini bildiriblər”, - deyə məlumatda bildirilir.
Beləliklə, Rüttenin NATO baş katibi postuna namizədliyinə etirazını geri götürən sonuncu ölkə Rumıniya olub.
Qeyd edək ki, NATO qərarları konsensusla qəbul edir, ona görə də istənilən namizədin bütün 32 müttəfiqinin dəstəyinə ehtiyacı var. Bundan əvvəl Macarıstan və Slovakiya Rüttenin NATO-nun baş katibi postuna namizədliyinə etirazlarını geri götürüblər.
Rütte oktyabrda NATO rəhbəri vəzifəsindən istefa verəcək Yens Stoltenberqi əvəz edəcək.
Nizami Bağırov
Şərhlər