Xəbər lenti

Sənət 15:00 26.08.2024

"Musiqimizin əzəməti  hamını duyğulandırmışdı" - Xalq artisti

"Milli musiqimiz milli sərvətimizdir. Biz də tədbirdə "Qarabağ şikəstəsi" oxuduq. Şikəstələrin hamısı insanları duyğulandırır və kövlədir. Çünkü adından bəllidir ki, şikəst sözünün mənası nədir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Zabit Nəbizadə Özbəkistan-Azərbaycan konsertindən danışarkən deyib. 

Xanəndə bildirib ki, istər "Şirvan şikəstəsi", istər "Kəsmə şikəstəsi", istərsə də "Qarabağ şikəstəsi" qədimdə Şirvan aşıqlarının mahnıları olub:

"Biri ansambldan oxunub, biri də tar-kamanla. Bu şikəstələr məkandan aslı olmayaraq harada səslənsə hər kəsi duyğulandırır. Mehriban Əliyeva da muğamı həddindən artıq çox sevir. Qərib ölkə, üstəlik də musiqinin əzəməti  xanımı duyğulandırmışdı...".

Zabit Nəbizadə Özbəkistanda çox möhtəşəm bir tədbir keçdiyini qeyd edib:

"Bunun da səbəbi iki millətin musiqisinin bir yerdə ifa olunmasıdır. Musiqilər ardıcıl olaraq  bir-birinə uyğun gəldi. Biz tədbirə 4 gün əvvələdn getmişdik, hər gün məşq edirdik. Gecə  saat 3-ə kimi məşq edirdik ki, tədbir yaxşı alınsın, ifalarımız bir-biri ilə uzlaşsın. Hələ də yorğunluğumuz canımızdadır. Biz ora iş görməyə getmişdik, bu bütün kollektivin əziyyəti idi". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->