Xəbər lenti

“Mübahisəli ailələrin uşaqları əllərindən alınıb uşaq evlərinə verilməlidir” - Kulturoloq
Ölkə 13:50 13.05.2022

“Mübahisəli ailələrin uşaqları əllərindən alınıb uşaq evlərinə verilməlidir” - Kulturoloq

"Mübahisəli ailələrin uşaqları onların əllərindən alınıb uşaq evlərinə verilməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında yazıçı Aydın Xan Əbilov deyib. Yazıçı bunun bütün dünyada həyata keçirildiyini bildirib:
 
"Mən heç nədən qorxmuram, kim nə deyir-desin, bu millət onsuz da öyrənib. Əslində? mən özümdən Amerika açmamışam, bütün sivil dünyada olan bir metoddur. Biz təklif etmişdik ki, münaqişəli ailə varsa, küçədə uşaqların gözünün qarşısında öz arvadını, ərini bıçaqlayan ailələrdəki cinayətlərin qarşısını almaq üçün dövlət elə məhkəmə vaxtı uşaqları onların əlindən alıb öz himayəsinə götürməlidir. Qadınlı-kişili aliment, ev davası edən şəxsləri də məcbur etməlidir ki, həmin uşağı sağlam, dövlətin himayəsində yaşamasını təmin etmək üçün müəyyən miqdarda alimenti uşaq üçün ayrılan xüsusi fonda keçirsinlər”.

Aydın Xan Əbilov deyir ki, ölkədə hər gün ailələr arasında baş verən mübahisələrin sayı artmaqdadır:
 
"Bir kişi bir qadınla münqaişədə uşaqdan silah kimi istifadə edirsə, bu mübahisənin sonu küçədə kişi tərəfindən qadının xüsusi amansızlıqla öldürülməsi ilə başa çatır. Yaxud da əksinə. Küçədə ikinci tərəfin qətlə yetirlməsi baş verir. Özü də xüsusi olaraq 10-15 zərbə vururlar. Bu zaman 10-15 dövlət qurumu - Təcili Yardımdan tutmuş hüquq mühafizə orqanlarına kimi baş verən cinayətə vaxt ayırır. Bu qədər qurum bir ailənin dağılmasına görə məşğul olmağa başlayır. Ölkənin o qədər problemi var, məmurların başını belə mənasız işlərlə məşğul edirlər. Bu tipli hadisələrin qarşısını almaq və qabaqlamaq üçün bir çox ölkələrdə olduğu kimi, Azərbaycan da öz vətəndaşına yiyə durmalı və onu himayəyə götürməlidir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->