Xəbər lenti

Moskva Kiyevin yeni aqressiv addımlar atacağı təqdirdə… - NATO-ya xəbərdarlıq
Dünya 13:40 04.09.2024

Moskva Kiyevin yeni aqressiv addımlar atacağı təqdirdə… - NATO-ya xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Aİ və NATO ölkələrini Ukraynadakı münaqişənin daha da təhlükəli gərginləşməsi riskləri barədə xəbərdar edir. O, aydınlaşdırıb ki, Rusiya Qərbin münaqişədə birbaşa iştirakını, habelə onların Ukraynanın aqressiv addımlarına təhrik etməsini qeydə alır.

Bu barədə Qaynarinfo "Kommersant”a istinadən xəbər verir

"Avropa İttifaqı, NATO və xaricdəki analoji məsuliyyətsiz siyasətçilərə xəbərdarlıq etmək istərdik ki, Kiyev rejiminin müvafiq aqressiv addımları olarsa, Rusiyanın cavabı dərhal veriləcək. Düşünürəm ki, siz artıq son günlər bunu çox görürsünüz. Cavablar isə son dərəcə ağrılı olacaq”, - Zaxarova Şərq İqtisadi Forumunda brifinq zamanı vurğulayıb. 

Onun sözlərinə görə, son vaxtlara qədər Qərb ölkələrinin hakimiyyət orqanları Ukraynada əsas məqsədlərinin "demokratiya yolunda Kiyev rejimini dəstəkləmək” olduğunu bəyan edirdilər. Lakin indi Zaxarova qeyd edib ki, belə ölkələrdən edilən çağırışlar Rusiya tərəfi üçün "birbaşa təhlükə” yaradır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->