ABŞ prezidentliyinə namizəd Donald Tramp qəzəblə dövrümüzün ən böyük ulduzu Teylor Svift haqqında danışıb.
Qaynarinfo xəbər verir ki, siyasətçi müğənninin seçkilərdə onu deyil, Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləməsinə reaksiya verib.
Bildiyiniz kimi, dünyanın ən nüfuzlu sənətçilərindən sayılan Teylor Svift seçkilərdə Kamala Harrisə səs verəcəyini açıqlayıb. İfaçı seçimini Kamala Harrisin amerikalıların hüquqları uğrunda mübarizə aparması və dünya səhnəsində onları müdafiə edə biləcəyi ilə izah edib. Bundan əlavə, məşhur uzun illər LGBT+ icmasının hüquqları uğrunda mübarizə aparan vitse-prezidentliyə namizəd Timoti Uolsa hörmətlə yanaşdığını qeyd edib.
"2024-cü il prezident seçkilərində Kamala Harris və Tim Valza səs verəcəyəm. Mən Kamala Harrisə səs verirəm, çünki o, hüquqlar uğrunda mübarizə aparır və məncə, onların müdafiəsinə qalxmaq lazımdır. Fikrimcə, o, güclü və istedadlı liderdir. İnanıram ki, biz bu ölkəni xaosla deyil, sülhl idarə etsək, daha çox şeyə nail ola bilərik", deyə sənətçi bildirib.
Donald Trap "Truth Social" səhifəsində Teylor Sviftin seçiminə reaksiya verib və onun haqqında yazı dərc edib. Xüsusilə Tramp böyük hərflərlə yazıb:
"Mən Teylor Sviftdən nifrət edirəm".
Aydın
Şərhlər