İtalyan aktrisa Monika Belluççi rejissor Tim Burtonla sevgili olduğunu təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, aktrisa bu barədə "Elle France" jurnalına müsahibəsində bildirib.
"Nə deyim... Əvvəla, bu insanla tanış olduğum üçün şadam. Bu, həyatda nadir hallarda rast gəlinən tanışlıqlardan biridir. Mən bu adamı tanıyıram, sevirəm”, deyə 58 yaşlı aktrisa 64 yaşlı rejissorla sevgili olması ilə haqqında yayılan xəbərlərə münasibət bildirib.
Aktrisa Bertonun rejissorluq baxışını bəyəndiyini də etiraf edib:
"Mən onun nağıl dünyasını sevirəm, burada canavarlar mehribandır, sanki qaranlıq tərəflərimizi yüngül, bağışlayan bir şeyə çevirə bilərik. Tim Burton filmləri bu barədə çox danışır”, deyə Bellucci qeyd edib.
Aydın
Şərhlər