Xəbər lenti

Moldova parlamentində dövlətə xəyanət işi ilə bağlı axtarış aparılır
Dünya 15:36 31.07.2024

Moldova parlamentində dövlətə xəyanət işi ilə bağlı axtarış aparılır

Moldova parlamentinin binasında dövlətə xəyanət işi ilə bağlı axtarış aparılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Newsmaker” öz mənbələrinə istinadən məlumat yayıb.

İyulun 31-də İnformasiya və Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun Mütəşəkkil Cinayətkarlığa və Xüsusi İşlərə Qarşı Mübarizə İdarəsinin (PCCOCS) əməkdaşları parlament binasında axtarış aparmağa gəliblər.

PCCOCS nümayəndəsi Emil Qaytur bu məlumatı jurnalistlərə təsdiqləyib.

NewsMaker-in mənbələrinə görə, axtarış dövlətə xəyanət işi ilə bağlıdır. Bunun konkret kimə aid olduğu hələ açıqlanmayıb. Hüquq-mühafizə orqanları təfərrüatları daha sonra verəcəklərini vəd ediblər.

Əməliyyat parlamentin yaz-yay sessiyasının səhər saat 11-də başlayan sonuncu iclasına təsadüf edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->