Xəbər lenti

Messi DÇ-2026-da oynayacaq? - Özü açıqladı
İdman 17:00 18.10.2024

Messi DÇ-2026-da oynayacaq? - Özü açıqladı

Argentina milli futbol komandasının hücumçusu Lionel Messi hələ 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına gedəcəyini bilmir.

Qaynarinfo bu barədə "Marca"ya istinsadən xəbər verir.

"Mən özümü qabaqlamaq istəmirəm. Hər gündən həzz almağa çalışıram. Vaxtı gələndə görəcəyik, mən tələskənlik etməyi sevmirəm. Ümid edirəm ki, eyni səviyyədə çıxış edə biləcəyəm", deyə Messi bildirib.

Qeyd edək ki, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edən Messi 2022-ci ilin dekabrında Argentina millisinin heyətində dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub. O, indiyədək millidə 189 oyun keçirib və 112 qol vurub. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->