Xəbər lenti

Məşhur aktrisa:
Maqazin 20:37 26.07.2024

Məşhur aktrisa: "Məni çox döyürdülər, ac qoyurdular"

Aktrisa Kristina Asmus "YouTube”da yayımlanan "George Behind the Scenes” şousuna müsahibəsində məişət zorakılığına məruz qalmasından danışıb.

Qaynarinfo xəbər verir ki, aktrisa uşaq vaxtə valideynlərinin onu döydüyünü və ac qoyduğunu bildirib.

"Bəli, mən despotik tərbiyə almışam. Məni çox döyürdülər, qəbul etmirdilər. Valideynlərim heç vaxt məni sevdiklərini deməyiblər. Məni ac qoyurlar. Artıq onları heç nəyə görə qınamıram, amma anlamağa çalışıram. Mən özüm ağrılı təcrübələrim və travmalarım üzərində çalışıram. Amma başa düşdüm ki, artıq onlardan incimək istəmirəm, onlara heç nə borclu deyiləm, onların da mənə heç bir borcu yoxdur. Valideynlərim hələ də soyuqqanlıdırlar", deyə sənətçi qeyd edib.

Asmus böyük bir ailədə böyüyüb. Ulduzun sözlərinə görə, böyük bacısı Yekaterina anası ilə mehriban münasibəti olan ağıllı, gözəl bir qız olub. İkinci bacısı Olqa balet oxuyub və istedadı ilə bütün qohumlarını sevindirib. Ən kiçik bacısı Karina isə gimnastikada zirvəyə çatıb və yaxşı pul qazanıb Sənətçi deyib ki, yalnız o, sadə bir uşaq kimi heç bir xüsusi nailiyyəti olmadan böyüyüb və valideynlərinin sevgisini qazanmağa çalışıb.

Aktrisa anası və atası ilə az ünsiyyətdə olduğunu qeyd edib. Kristinanın sözlərinə görə, o, həm də valideynlərini tamamilə bağışlamağa, onlarla hər şey haqqında səmimi danışmağa və onları qəbul etməyə hələ hazır deyil.

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->