Xəbər lenti

Mərhum nazirin təsisçisi olduğu şirkət auditdən yayınıb - Məhkəmə işi
Ekonomiks 18:47 25.10.2023

Mərhum nazirin təsisçisi olduğu şirkət auditdən yayınıb - Məhkəmə işi

"İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyəti vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 464-cü  maddəsinə əsasən, "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

İşə 06.11.2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, "İtaldizayn” QSC 11 iyul 1997-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 2100 AZN olan QSC-nin qanuni təmsilçisi Rzayev Mir Səid Ağa Kamal oğludur.

"İtaldizayn” QSC-nin baş icraçı direktoru Elçin Zeynalovdur. O, Azərbaycan Milli Avarçəkmə Federasiyasının keçmiş prezidentidir.

Elçin Zeynalov mərhum nazir Azad Rəhimova yaxın şəxs hesab edilir. Azad Rəhimov həm də "İtaldizayn" QSC-nin iki təsisçisindən biri olub. O, 1998-2006-cı illərdə şirkətin baş icraçı direktoru vəzifəsində çalışıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->