"Bakıda mənzil bazarında vəziyyət sabitdir".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Ekspert bunun səbəbini alıcıların sayının azalması ilə əlaqələndirib:
"Əmlak Məsələləri Dövlət Xidmətinin açıqladığı rəqəmlərə baxsaq görəcəyik ki, ilin ilk dörd ayının statistikası ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatında 35,2% azalma var. Bu əslində çox şeydən xəbər verir. Əməliyyatların sayı xeyli dərəcədə azalıb".
Ekspertin sözlərinə görə, yay mövsümü olduğundan bu rəqəm daha da azalıb:
"Bu səbəbdən də qiymətlər stabildir”.
Bahar Rüstəmli
Şərhlər