Xəbər lenti

Medvedev Zelenski, Bayden və daha dörd Qərb siyasətçisini sürünən adlandırdı
Dünya 17:19 28.07.2023

Medvedev Zelenski, Bayden və daha dörd Qərb siyasətçisini sürünən adlandırdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb siyasətçilərinə yeni şərh verib. 

Qaynarinfo xəbər verir ki, o, Telegram kanalında ABŞ Konqresinin UNO-larla bağlı dinləmələrindən yazıb.

Onun fikrincə, Birləşmiş Ştatlar "yadplanetlilər üçün paranoyak axtarış” aparır və "insan olmayan biologiya ilə bağlı qalıqları” gizlətdiyini iddia edir.

"Bu biosubstansiyalar sağdır! Onlar bizim aramızdadır! Və onlar sürünəndir - insan deyillər! - Medvedev altı Qərb siyasinin şəklini postuna yerləşdirib. Şəkildə ABŞ prezidenti Co Bayden, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz yer alıb.

Qeyd edək ki, iyulun 26-da ABŞ Konqresində UNO-ların hesabatlarının artması səbəbindən naməlum uçan obyektlərin aşkarlanması halları ilə bağlı dinləmələr keçirilib. Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi guya UFO insidentlərinin baş verdiyi yerlərdə yerdənkənar biomaterial aşkar edib, lakin ABŞ hakimiyyəti bu proqramları gizlədir və şahidlərə qarşı repressiyalar hazırlayır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->