Xəbər lenti

Medvedev Tiflisi Abxaziya və Cənubi Osetiya ilə hədələdi, Gürcüstan cavab verdi
Dünya 15:21 23.08.2023

Medvedev Tiflisi Abxaziya və Cənubi Osetiya ilə hədələdi, Gürcüstan cavab verdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Gürcüstan Qərb və NATO ilə yaxınlaşmağa doğru getsə, Abxaziya və Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər.

Qaynarinfo xəbər verir ki, o bu barədə "Arqumentı i faktı” nəşrinə yazdığı məqalədə bildirib.
 
"2008-ci ildə tarixin təkrarına ehtiyacımız yoxdur. Biz BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Ancaq narahatlığımızın real konturları yaranarsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Bunun üçün əsaslə səbəblər olarsa, o, həyata keçirilə bilər”, - Medvedev yazıb.

Onun fikrincə, Qərb üçün hadisələrin bu dönüşü növbəti biabırçı fiasko və daha bir fəlakətli təsir itkisinin simvolu olacaq.

"2008-ci ildə biz yaranmış təhlükələrin aradan qaldırılmasına və təhlükəsizlik təminatlarına nail olanda Tbilisiyə hücumu dayandırdıq. Amma indi vəziyyət yenidən aktiv şəkildə gərginləşir, görünür, sərhədlərimiz yaxınlığında Ukrayna cinahından əlavə daha bir gərginlik ocağı yaratmaq üçün. Yenə də Gürcüstanın NATO-ya qəbulu ilə bağlı söhbətlər gedir. Sanki sifarişlə bu ölkədə rusofobiya dalğası başlayıb”, - Rusiyanın keçmiş prezidenti bildirib. 

Medvedevin bu bəyanatına  Gürcüstan parlamentindəki hakim "Gürcü arzusu” fraksiyasının rəhbərinin müavini Rati İonatamişvili cavab verib. Siyasətçi qeyd edib ki, Tiflis qeyd olunan əraziləri sülh yolu ilə ölkəyə qaytarmaq niyyətindədir. Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin Abxaziya və Cənubi Osetiya sakinlərinə əsas mesajı budur: "Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsinin mümkünlüyü ilə bağlı sözləri qəbuledilməzdir və Gürcüstanın ərazi bütövlüyü prinsipinə ziddir. Gürcüstanın ərazi bütövlüyünə zidd olan hər hansı bəyanat qətiyyən qəbuledilməzdir".

Analoji bəyanatla ölkə parlamentinin insan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin rəhbəri Mixail Sarjveladze də çıxış edib. Deputat Medvedevin bəyanatını qeyri-legitim adlandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->