Rəhbərliyi ABŞ-ı özlərinə düşmən hesab edən bütün ölkələrə Rusiya silahları göndəriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da yazıb https://t.me/medvedev_telegram/500 .
Eyni zamanda o, Rusiyadan silah alan konkret ölkələrin adlarının bilərəkdən çəkilmədiyini vurğulayıb.
"Qoy ABŞ və onun müttəfiqləri Rusiya silahlarının üçüncü ölkələr tərəfindən birbaşa istifadəsini indi hiss etsinlər. Bu şəxslərin və ya regionların adları bilərəkdən çəkilmir”, – Dmitri Medvedev bildirib.
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə Ukraynaya yüksək dəqiqlikli silahların göndərilməsinə münasibət bildirib. Onun sözlərinə görə, Rusiya asimmetrik cavab vermək hüququnu özündə saxlayır.
"Biz bir mövzu üzərində düşünürük: əgər kimsə ərazimizə zərbə endirmək və bizə problem yaratmaq üçün döyüş bölgəsinə belə silahların verilməsini mümkün hesab edirsə, niyə bizim həmin bölgələrə Rusiyaya münasibətdə bunu edən ölkələrin həssas obyektlərinə zərbələr endiriləcək eyni sinifdən olan silahlarımızı çatdırmağa haqqımız yoxdur?” - Vladimir Putin bildirib.
Nizami Bağırov
Şərhlər