Xəbər lenti

Medvedev: Qərb silahları ilə Rusiyaya zərbələr müharibəyə səbəb ola bilər
Dünya 15:11 31.05.2024

Medvedev: Qərb silahları ilə Rusiyaya zərbələr müharibəyə səbəb ola bilər

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Qərblə münaqişə ən pis senari üzrə inkişaf edir. Onun fikrincə, NATO-dan daim eskalasiya və silah tədarükü səbəbindən Ukraynanın münaqişənin son, nüvə mərhələsinə keçməsini istisna etməsi mümkün deyil. O, Qərb ölkələrinin Rusiyaya NATO silahları ilə zərbə endirmək icazəsinin birbaşa "müharibədə iştirak” olduğunu və hərbi əməliyyatların başlaması üçün rəsmi səbəb ola biləcəyini vurğulayıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında yazıb.

"Rusiya ondan irəli gəlir ki, Ukraynanın istifadə etdiyi bütün uzaqmənzilli silahlar artıq birbaşa NATO ölkələrinin hərbi qulluqçuları tərəfindən idarə olunur. Bu, ümumiyyətlə, "hərbi yardım” deyil, bizə qarşı müharibədə iştirakdır. Onların bu cür hərəkətləri yəqin ki, casus belli (müharibə səbəbi – red.) ola bilər", - Medvedev Telegram kanalında yazıb.

Rusya Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb ki, Rusiyaya qarşı vuruşan bütün Qərb hərbi texnikası və mütəxəssisləri yalnız Ukraynada deyil, Rusiya ərazisinə zərbələr endiriləcək digər ölkələrdə də məhv ediləcək.

Xatırladaq ki, bir gün əvvəl "Politico” mənbələrə istinadən xəbər verib ki, Rusiya ordusunun Xarkov vilayətinə hücumu ilə əlaqədar ABŞ hakimiyyəti Ukraynaya hücumları dəf etmək üçün "çeviklik nümayiş etdirməyə” icazə verib: xüsusən, Xarkov vilayəti yaxınlığında Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirmək. 

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->