Məcburi köçkünlər üçün tikilmiş evlərin satış qiymətlərində endirim olacaq? (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtilə məcburi köçkünlər üçün tikilmiş ancaq təyinatı dəyişdirilmiş iki, üç və dörd otaqlı mənzillərin onlayn satışını davam etdirir.
Söhbət tikilən gündən istifadəsiz qalan yeni mənzillərdən gedir. Yəni burda heç vaxt yaşayış olmayıb. Proses beş kompleks üzrə başlayıb, Bakının Ramana və Kürdəxanı qəsəbələrindəki evlər artıq satılıb.
Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Murad Həşimov hazırda üç kompleks üzrə satışların həyata keçirildiyini deyib.
İqtisadçı ekspert Eldəniz Əmirov bu mənzillərin xüsusi güzəştlərlə vətəndaşlara təklif olunmasını tövsiyə edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər