Mbappenin psixi sağlamlığı və alkoqol problemləri var (İDDİA)
"Real "Madrid və Fransa milli komandasının hücumçusu Kilian Mbappenin psixi sağlamlığı və alkoqol problemləri var.
Qaynarinfo xəbər verir ki, bu barədə fransalı jurnalist Romain Molina öz "YouTube" kanalında bildirib.
"Bir insan çox vaxtını əyləncəyə sərf etməyə və alkoqol qəbul etməyə başlayanda, bu nadir hallarda yaxşı əlamət olur. Bu, Kilianda baş verir, Neymar da depresiyaya düşəndə eyni cür davranırdı", deyə Molina bildirib.
15 oktyabrda Mbappe İsveçdə zorlama və cinsi təcavüz işində şübhəli bilinib. Cinayət Mbappe, onun qohumları və Fransanın PSJ klubunun futbolçusu Nordi Mukielenin qaldığı otellərdən birində baş verib. Oktyabrın 12-də bu barədə polisə şikayət edilib. Mbappenin cinayət işində statusu "əsaslı şübhəli" kimi qeyd olunub ki, bu da şübhənin ən aşağı səviyyəsinə uyğundur.
Mbappe ilə "Real Madrid" arasında rəsmi müqavilə 3 iyun tarixində elan edilib. Hücumçu İspaniyanın nəhəng klubuna sərbəst agent statusunda qoşulub. O, 2017-ci ildən bəri oynadığı Fransanın PSJ klubundan ayrılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər