Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe millidə yalnız vacib matçlarda oynamaq istədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
Bildirilir ki, bu qərarı futbolçu 2025-ci ildə "Qızıl top"u qazanmaq, eləcə də zədə riskini minimuma endirmək üçün diqqətini "Real Madrid"də yönəltmək verib.
Mbappe İspaniya çempionatında "Alaveş"lə "Real Madrid"in 3:2 hesablı qələbəsi ilə başa çatan matçda zədələnib. Oktyabrın 11-də o, milli komandasının İsrail millisi ilə oyunu zamanı Stokholmdakı gecə klubunda görüntülənib. Oktyabrın 12-də Fransa millisinin sabiq futbolçusu Jerom Roten Mbappeni milli komandada kapitan sarğısından məhrum etməyə çağırıb.
Aydın
Şərhlər