İspaniya millisinin 16 yaşlı yarımmüdafiəçisi Lamin Yamal etiraf edib ki, Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe 2024-cü il Avropa çempionatındakı oyundan sonra ondan futbolka istəyib.
Qaynarinfo bu barədə "Marca"ya istinadən xəbər verir.
"Mbappe məndən forma istədi. Daha doğrusu, formaya cavabdeh olan şəxs dedi bunu. Kyeza da İtaliya ilə oyunumuzdan sonra köynəyimi istədi. Adətən forma işçiləri mənə formamı kimin istədiyini deyir. Mbappe xahiş etdiyinə görə, ona verəcəm, problem deyil", deyə Yamal gülərək bildirib.
İspaniya Avropa çempionatının yarımfinalında Fransanı məğlub edib. Görüş 2:1 hesabı ilə başa çatıb. Matçın 9-cu dəqiqəsində fransalı Randal Kolo Muani Mbappenin ötürməsi ilə hesabı açıb. 11 dəqiqədən sonra Yamal hesabı bərabərləşdirib. Bundan 4 dəqiqə sonra Dani Olmo İspaniyanı hesabda irəli çıxarıb.
Final oyununda ispanlar yarımfinalında Niderlanda qalib gələn İngiltərə yığması ilə qaşılaşacaq. Matç iyulun 14-də Berlindəki Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Qeyd edək ki Mbappe bu yay PSJ-dən "Real Madrid"ə keçib. Yamal isə Madrid klubunun əzəli rəqibi "Barselona"da çıxış edir.
Aydın
Şərhlər