Xəbər lenti

Makrondan tələb: Mbappe ilə sirki dayandır!
İdman 16:55 22.05.2024

Makrondan tələb: Mbappe ilə sirki dayandır!

Məhşur idman jurnalisti Daniel Riolo Kilian Mbappenin Yaya Olimpiya Oyunlarında iştirakı və bu məsələdə Fransa prezidenti Emmanuel Makronun hərəkətlərindən danışıb.

Qaynarinfo xəbər verir ki, jurnalist bu barədə RMC telekanalına müsahibə verib.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron və olimpiya yığmasının baş məşqçisi Tyerri Anrinin "Real Madrid"in prezidenti Florentino Peresi Mbappeni Olimpiadada oynamasına razı salmağa çalışsalar da, onun forvardı buraxmaq fikrində olmadığı barədə məlumatlar yayılıb.

Bununla bağlı idman jurnalisti Daniel Riolo aşağıdakıları bildirib:

"Düzünü desəm, bundan bezmişəm. Mbappe ilə bağlı bu hekayə tamamilə gülünc görünür. Məsələn, "Mbappenin Olimpiadada olması millətin rifahı üçün o qədər lazımdır ki, mən Canni İnfantino, FIFA rəsmilərinin bütün heyəti və Florentino Peres üçün şam yeməyi təşkil etdim".  Yetər, bu sirki dayandırın. Necə olur ki, bir ölkənin prezidenti Peresin yanına gəlib "bax, onu buraxmalısan" deyə bilər? Bəs sonra? Mbappenin Olimpiadada oynaması üçün Peresin tikinti şirkətinə müqavilə vəd edək? Bir müddət sonra bunların heç biri əhəmiyyət kəsb etməyəcək. Anri başqasını komandasına çağırmalı olacaq.

Yeri gəlmişkən, bu problem sadəcə Mbappenin olimpiya yığmasında olmasından daha genişdir. Bütün diqqətin pərçimləndiyi bu əhvalat fonunda görürük ki, "siz ümummilli məsələdə iştirak etmək istəmirsiz" cavabını eşitməmək üçün heç kim bu haqda danışmaq istəmir. Çempionat avqustun 18-dən sonra həftəsonu başlayacaq, Olimpiadanın finalı 11-də baş tutacaq. Olimpiadada oynayacaq futbolçular mövsümöncəsi hazırlıq keçməyəcəklər".

Onun sözlərinə görə, klublar külli miqdarda pul xərcləyirlər və belə yarışlara heç bir klub öz oyunçusunu buraxmaq istəmir. 

"Klublar külli miqdarda pul yatırırlar. Dayanın, Olimpiadada başqa idman növləri də var. Futbolçunu buraxmaq istəyən prezident, idman direktoru və ya məşqçi yoxdur. Danışıqlar aparmalıdırlar və belə hallarda liqa və federasiya bunu müzakirə edib deyir: "Yaxşı, razılaşaq - hər kluba maksimum iki oyunçu". Məncə, hamının bundan bezməsi tamamilə normaldır, bu, mövsümü poza bilər. Qoy Fransa prezidenti Mbappe ilə sirkini dayandırsın. Aralarındakı münasibət qeyri-sağlam olur. Mən daha buna dözə bilmirəm, bezmişəm artıq", deyə Riolo yekunlaşdırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->