Xəbər lenti

Madonna ağır xəstəlikdən sağalmasını möcüzə adlandırdı
Sənət 22:09 06.07.2024

Madonna ağır xəstəlikdən sağalmasını möcüzə adlandırdı

Amerikalı müğənni Madonna 2023-cü ildə məruz qaldığı bakterial infeksiyadan sağalmasını möcüzə adlandırıb. 

Qaynarinfo xəbər verir ki, sənətçi bu barədə "Instagram"da yazıb.

"Bir il bundan əvvəl bu gün mən həyati təhlükəsi olan xəstəlikdən sağalandan sonra xəstəxanadan evə təzəcə gəlmişdim, əynimdə bir şalvarla həyətimdə çətinliklə dayana bilirdim. Möcüzəvi şəkildə sağaldım və heyrətamiz bir il keçirdim. Həyat gözəldir!", deyə Madonna qeyd edib.


2023-cü il iyunun sonlarında ulduzun meneceri və prodüseri Qay Oseari elan edib ki, Madonna bir neçə gün ciddi bakterial infeksiya səbəbindən reanimasiyadadır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->