Xəbər lenti

Litvada Navalnının müttəfiqinə dəhşətli hücum oldu:
Dünya 13:07 15.03.2024

Litvada Navalnının müttəfiqinə dəhşətli hücum oldu: "Məni doğramaq istəyirdilər"

Litvanın əks-kəşfiyyatı bildirib ki, müxalifətçi Aleksey Navalnının yaxın müttəfiqi Leonid Volkov Litvada Rusiya xüsusi xidmət orqanlarının işə götürdüyü şəxs tərəfindən hücuma məruz qala bilərdi.

Qaynarinfo xəbər verir ki, bu barədə Sky News yazır.

Litva təhlükəsizlik xidmətinin rəhbəri Darius Yauniskis Vilnüsdə Volkova hücumun çox güman ki, Rusiya xüsusi xidmət orqanlarının işi olduğunu bildirib.
"Bizim qiymətləndirməmizə görə, görünür, bu, Rusiya xüsusi xidmət orqanlarının işidir. Görünür, bu hansısa işə götürülən şəxsin köməyi ilə edilib”, - Yauniskis bildirib.

Litva əks-kəşfiyyatı hesab edir ki, hücum bu həftə keçirilən "seçkilər” zamanı "rus müxalifətini hərəkətə keçməkdən qorxutmaq” üçün həyata keçirilib.

Çərşənbə axşamı, martın 12-də axşam Vilnüsdə naməlum şəxslər Aleksey Navalnının ən yaxın adamı, Korrupsiya ilə Mübarizə Fondunun keçmiş direktoru Leonid Volkova hücum ediblər.

Onlar onun avtomobilinin şüşəsini sındırıb və gözlərinə gözyaşardıcı qaz vurublar, bundan sonra təcavüzkar onu çəkiclə döyməyə başlayıb.

Volkovun özü bildirib ki, ayağına 15 zərbə vurulub.

"Məni doğramaq istədilər, təbii ki, çəkiclə bir nəfər evin həyətində mənə hücum etdi, ayağımdan on beş dəfə vurdu. Nədənsə ayağım salamat qaldı, yeriyəndə ağrıyır, amma deyirlər ki, sınıq yoxdur. Amma qolumu sındırıblar. Necə deyərlər, çıxmayan cana ümid çoxdur. Çalışacağıq, təslim olmayacağıq”, - o deyib.

Onun sözlərinə görə, bu, "Putinin bandit Peterburqdan bandit salamı” olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->