Xəbər lenti

Lənkəranda 104 yaşlı seçici səs verdi
Ölkə 12:50 01.09.2024

Lənkəranda 104 yaşlı seçici səs verdi

Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Xarxatan kənd sakini olan 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran - Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib.

Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib.

Qızvəs Mehtiyeva bildirib ki, əvvəlki bütün seçkilərdə iştirak edib: "Səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Layiqli namizədə səs verdim”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->