İtaliya mediası bazar günü ölkənin şimalında 3000 sakinin təxliyəsi ilə nəticələnən əməliyyat zamanı II Dünya müharibəsi dövründən qalma bombanın partladığını bildirib.
Qaynarinfo bu barədə "Business-Standard"a istinadən xəbər
verir.
Məlumata görə, bu 450 kq-lıq bomba Milanın 160 km cənub-şərqində, Mantua şəhəri yaxınlığında yerləşən Po çayında aşkar edilib.
Xəbərə görə, İtaliya ordusunun mütəxəssisləri əvvəlcə detonatoru bombanın içindən çıxarıb, daha sonra bombanı çaydan 45 km uzaqlıqdakı mağaraya köçürərək nəzarətli şəkildə partladıblar.
Bombanın aşkar edildiyi ərazinin 3 minə yaxın sakini bomba partladıqdan sonra evlərinə qayıdıblar.
M.Arif
Şərhlər