Xəbər lenti

İran televiziyası şərhçiyə türkcə danışmağa icazə vermədi (VİDEO)
İdman 14:58 11.02.2023

İran televiziyası şərhçiyə türkcə danışmağa icazə vermədi (VİDEO)

İran çempionatının 19-cu turu çərçivəsində Təbrizin "Traktor” klubu ilə Tehranın "Həvadar” komandasının qarşılaşması zamanı güneyli idman müxbirinin türkcə danışmasına icazə verilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azad İran” teleqram kanalı məlumat yayıb.

Tanınmış Güney azərbaycanlı aparıcı və şərhçi Məhəmməd Rəcəbi zəlzələ ilə bağlı yaranmış faciəvi şəraitə görə türkcə danışmaq istəsə də, buna icazə verilmədiyini deyib.

"İndi fasilədən istifadə edib sizinlə türkcə danışıram. Qəhrəman millətimizə demək istəyirəm ki, əl-ələ verib zəlzələdə dağılan evlərimizi yenidən tikəcəyik”, - deyə Rəcəbi vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->