Xəbər lenti

İnsulindən istifadə edən diabet xəstələri daha çox xəsarət və yanıqlara məruz qalır
Sağlamlıq 23:38 06.07.2024

İnsulindən istifadə edən diabet xəstələri daha çox xəsarət və yanıqlara məruz qalır

Baker İnstitutunun (Avstraliya) alimləri müəyyən ediblər ki, müalicə üçün insulindən istifadə edən şəkərli diabet xəstələri ümumi əhali ilə müqayisədə baş və boyun xəsarətləri və yanıqlar səbəbindən xəstəxanaya yerləşdirilmə riskinin 60% artıb. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Diabetes Care" jurnalında dərc olunub.

Tədqiqat 117 min şəkərli diabetli və bu xəstəliyi olmayan 3,4 milyondan çox insanın sağlamlıq məlumatlarını təhlil edib. Elm adamları, müxtəlif xəsarətlər səbəbiylə subyektlərin nə vaxtsa xəstəxanaya yerləşdirilib-yetirilmədiyini öyrəniblər. Tədqiqatçılar iştirakçıların hansı səbəbdən xəstəxanaya yerləşdirilməsinə də aydınlıq gətiriblər.

Nəticələr göstərib ki, şəkərli diabet xəstələrinin ümumi xəsarətlərinin 69%-i yıxılma ilə bağlıdır. Üstəlik, baş və boyun xəsarətlərinin 80%-nin səbəbi yıxılma olub. Ümumi əhali ilə müqayisədə, 1-ci tip diabetli insanlarda xəsarətlə əlaqədar xəstəxanaya yerləşdirmə riski 60% artıb. Həmçinin məlum olub ki, terapiya üçün insulindən istifadə edən diabet xəstələri arasında hər hansı zədə ilə xəstəxanaya düşmə ehtimalı daha da artıb - 65%.

Alimlər əlavə edib ki, şəkərli diabet günəş yanığı riskinin yüksək olması ilə əlaqələndirilir. Onlar izah edib ki, buna diabetik neyropatiya səbəb olur - periferik sinir sisteminin bir və ya bir neçə sinirinin zədələnməsi, insanın ağrı və ya yanmanın şiddətini hiss etməsinə və ya düzgün qiymətləndirməsinə mane olur.

Tədqiqatçıların fikrincə, hipoqlikemiya (qanda şəkərin aşağı düşməsi), diabetik retinopatiya (görmə qabiliyyətinin pisləşməsi), şəkərli diabet üçün xarakterik olan aşağı sümük mineral sıxlığı və bədəndə əzələ kütləsinin miqdarının azalması tez-tez yıxılma və zədələnmələrə səbəb ola bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->