"Hazırda satışda olan çiyələkləri yemək məsləhət görülmür".
Bunu Qaynarinfo-y açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədr ölkədə bir neçə çiyələk plantasiyasının olduğunu deyib:
"Çiyələyi tez, böyük yetişdirmək və zərərvericilərdən qorumaq məqsədi ilə 36 növ kimyəvi dərmandan istifadə edilir. Bu bir daha göstərir ki, erkən çiyələyin yetişdirilməsində çoxlu sayda kimyəvi maddə sərf olunur. İndi satışda olan çiyləyin toxumu yoxdur. Güman edirəm ki, bu gün satılan geni dəyişdirilmiş çiyələklərdir".
Eyyub Hüseynov əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) yetişdirilmədiyini bildirib:
"Lakin bu məsələ sual altındadır. Mən ehtimal edirəm ki, bu çiyələklər geni dəyşdirilmiş ola bilər. Çiyələklər həddindən artıq böyükdür, bıçaqla kəsilir, cəlbedicidir. GMO-un lobbiçiliyini aparanlar deyir ki, bu hibriddir. Əslində hibrid adı altında GMO gətirilir".
Sədr nəfisini saxlaya bilməyənlərə tövsiyyə edib:
"Bir və ya iki dənə yeyə bilərlər. Gözləmək lazımdır, kiçik çiyələklər yetişsin. Bütün yayı belə böyük ölçülü çiyələklər yetişdirirlər və bunun üçün kimyəvi maddələrdən istifadə olunur. Bu maddələrin yol verilən həddi var. Bəlkə bir adam bir və yaxud da iki kilo yedi. Necə bilək ki, bir adam belə şəraitdə yetişən çiyələkdən nə qədər yeyə bilər? Bu məsələlər açıq alır".
Sədr problemlə qarşılaşmamaq və sağlam qalmaq üçün belə çiyələklərdən uzaq durmağı məsləhət görür.
Bahar Rüstəmli
Şərhlər