Xəbər lenti

İlon Maskın cinsini dəyişdirən oğlu atasından bu sözlərlə qisas aldı
Dünya 14:37 08.08.2024

İlon Maskın cinsini dəyişdirən oğlu atasından bu sözlərlə qisas aldı

İlon Maskın transseksual "qızı” Vivienn Cenna atasını "yalançı və xain" adlandıran mesaj yayımlayıb. Bu, Maskın Vivyen Cennanın transseksual keçidini qınamasından sonra baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə pagesix.com yazır.

Bu yaxınlarda Mask, müsahibəsində oğlu Xavyerin transgender keçidini pisləyib (keçiddən sonra adını Vivienn Cenna olaraq dəyişdirib – red). İş adamı oğlunu "tolerantlıq virusunun öldürüldüyünü" və onu cinsiyyət dəyişdirmə əməliyyatına icazə almaq üçün aldadıldığını iddia edib:

"COVID davam edirdi, buna görə də çox qarışıqlıq idi, onda mənə dedilər ki, Xavyer [dəyişiklik etməsə] intihar edə bilər".

Bu ittihamlara cavab olaraq Vivyen Cenna atasını tənqid edib. O, onu "yalançı və xain” adlandırıb.

"Sən ailə adamı deyilsən. Sən öz övladların haqqında yalan danışmağı kəsə bilməyən iblis xainisən. Sən xristian deyilsən. Bildiyimə görə, heç vaxt kilsəyə ayaq basmamısan. Və sən qətiyyən "bərabərlik və tərəqqi qalası” deyilsən... Altı yaşım olanda ərəb dilini düşmən dili adlandırırdın. Sən dəfələrlə ayrı-seçkiliyə görə məhkəməyə verilibsən və aparteid tərəfdarısan (Cənubi Afrikada irqi ayrı-seçkilik siyasəti, 20-ci əsrin ortalarında və sonlarında orada qaradərili əhaliyə tətbiq edilib. Mask da Cənubi Afrikada doğulub. - red.)”, - Vivyen deyib.

O, həmçinin atasının "iqlim dəyişikliyinə əhəmiyyət vermədiyini" əlavə edib.

"Sən planeti xilas etmirsən. Çünki iqlim dəyişikliyi səni maraqlandırmır. Mənim üçün anlaşılmaz səbəblərdən biri budur ki, insanlar nədənsə sizə inanmağa davam edirlər”, - o əlavə edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->