"Bütün ali məktəblər, universitetlər məzun olduqdan sonra öz tələbələrini izləməlidirlər".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bu məsələnin bütün dünyada aktual olduğunu qeyd edib:
"Sövet dövründə tələbələr təyinatla yönləndirilirdi və onlar təyinata əsasən də müxtəlif qurumlarda çalışırdılar. Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən təhlillər, araşdırmalar aparılır. Hesab edirəm ki, bu istiqamətdə ciddi işə ehtiyac var".
Cehyun Məmmədov bildirib ki, xarici universitetlərdə məzun birliyi fəaliyyət göstərir:
"Onlar daima universitetlərinin məzunları ilə əməkdaşlıq qururlar. Hesab edirəm ki, Azərbaycanda da bu istiqamətdə sıx addımların, təhlillərin həyata keçirilməsinə ehtiyac var. Düşünürəm ki, biz eyni zamanda universitetlərdə kvota məsələsinə də baxmalıyıq. Bizə nə qədər mütəxəssis lazımdırsa, o qədər qəbulun həyata keçirilməsi barədə düşünməliyik. Bu gün reallıq ondan ibarətdir ki, ildə 50-60 min arasında universitetləri bitirənlər var. Onların az hissəsi işə qəbul olunur. Bundan əlavə müəllim işləmək üçün 60 minə yaxın müraciət edirlər, onların yalnız 5-6 mini işlə təmin olunur. Bu da problemin nə qədər aktual olduğunu göstərir".
Deputat hesab edir ki, hansı sahədə kadr çoxluğu varsa, o sahədə müəyyən tənzimləmə lazımdır:
"Həmin ixtisaslar üzrə qəbulu maksimum azaltmaq lazımdır. Düşünürəm ki, burada önəmli, vacib məsələlərdən biri ali təhsillə bərabər peşə təhsilli gənclərin təşviqidir. Yəni bu istiqamətdə məktəblərdə davamlı təbliğatın aparılmasına ehtiyac var".
Elçin Əfəndiyev bildirib ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir çoxu "inkubator cihazı"ndan fərqlənmir:
"Tələbə istehsalı ilə məşğuldurlar. Gəldi, diplomunu aldı və getdi. Bir neçəsi istisna, əksəriyyətinin datası yoxdur. Bir çox ümumiyyətlə, yalnız diplom vermək fünksiyasını həyata keçirir. Sonrakı tale, yəni, hansı məzunu haradadır? Harada çalışır? Hansı məzunu universitetə nə kimi dəstək ola bilər? Bu kimi məsələlərlə maraqlanan yoxdur. Halbuki bu məsələdə həssaslıq universitetə nə qədər reytinq gətirər. Təsadüfi deyil ki, məzunların iş imkanları, elmi faliyyətləri və s. kimi məqamlar bəzi təşkilatlar tərəfindən müsbət qiymətləndirilir".
Bahar Rüstəmli
Şərhlər