Xəbər lenti

İcra başçısının əvvəllər rəhbərlik etdiyi şirkət bədbəxt hadisəni gizlədib
Ekonomiks 19:02 01.08.2023

İcra başçısının əvvəllər rəhbərlik etdiyi şirkət bədbəxt hadisəni gizlədib

2010-cu ildə yaradılan "Kontinent İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkət tikinti zamanı baş verən bədbəxt hadisənin gizlədilməsində ittiham olunur. 

Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 555.3 maddəsi ilə protokol tərtib edilib. 

"Kontinent İnşaat” MMC rəhbərliyi nazirliyin protokoluna etiraz edərək Yasamal Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq. 
 


Qeyd edək ki, 555.3 maddəyə əsasən, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırıma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə 1800 manatdan 2200 manatadək məbləğdə cərimə tətbiq edilir.

Hazırda şirkətin qanuni təmsilçisi Mahmudov Araz Ucal oğludur. Direktorlar Şurasının sədri isə Əli Hüseynovdur. 

Qeyd edək ki, şirkətə 2017-ci ildə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də rəhbərlik edib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->