Xəbər lenti

HƏMAS əsir qadın və uşaqların bir qismini azad etməyə hazır olduğunu bildirdi – NBC
Dünya 13:36 18.10.2023

HƏMAS əsir qadın və uşaqların bir qismini azad etməyə hazır olduğunu bildirdi – NBC

ABŞ, İsrail və Qətərin iştirakı ilə bir neçə gün davam edən danışıqlardan sonra HƏMAS qruplaşması qadın və uşaqları əsirlikdən azad etməyə hazır olduğunu bildirib, lakin yaraqlılar etiraf ediblər ki, bütün girovlar onların nəzarətində deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb

Adını açıqlamayan keçmiş ABŞ rəsmisi qeyd edib ki, girovların bir qismi İslami Cihadın nəzarəti altındadır, qalanları isə "Qəzza zolağının sakinləri arasından təsadüfi fürsətçilərin” əlindədir.

HƏMAS bütün girovlara nəzarəti ələ keçirməyə çalışır, lakin davamlı bombardmanlar fonunda bunu edə bilməyəcəyini deyir.

HƏMAS sözçüsü nəşrə bildirib ki, İsrail Qəzza zolağına hava zərbələrini dayandırarsa, qruplaşma həm xarici, həm də israilli bütün mülki girovları dərhal azad etməyə hazırdır.

O qeyd edib ki, İsrail şərtləri yerinə yetirərsə, girovlar bir saat ərzində azad oluna bilər. Onun sözlərinə görə, hələlik onların azadlığa çıxması üçün təhlükəsiz şərait yoxdur.

Qeyd edək ki, bundan əvvəl HƏMAS yaraqlıları İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının bombardmanlarını davam etdirəcəyi təqdirdə əsir götürülmüş israilliləri edam edəcəklərini bildiriblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->