Xəbər lenti

Gürcüstanın baş naziri Borrellə ölkəsinin Aİ üzvlüyü ilə bağlı mübahisə etdi
Dünya 20:54 08.09.2023

Gürcüstanın baş naziri Borrellə ölkəsinin Aİ üzvlüyü ilə bağlı mübahisə etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili hesab edir ki, Avropa İttifaqı 2022-ci ildə onun ölkəsinə Moldova və Ukraynanın aldığı assosiasiyaya üzvlüyə namizəd statusunu ədalətsiz şəkildə rədd edib. Gürcüstanın baş naziri ilə görüşdə Avropa diplomatiyasının rəhbəri Сosep Borrel bildirib ki, Gürcüstan bu statusu almaq üçün bütün şərtləri yerinə yetirməyib. Qaribaşvili bu qiymətləndirmə ilə razılaşmayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant yazır
 
"Onlar (Ukrayna və Moldova – red.) statusu avans şəklində alıblar. Və onlara deyilib ki, öhdəlik və tövsiyələri yerinə yetirməlidirlər. Bizim vəziyyətimizdə isə əksinə idi. Bizə dedilər ki, biz əvvəlcə öhdəliyimizi yerinə yetirməliyik, sonra status alacağıq. Bu, bizim üçün olduqca kədərliydi, hesab edirəm ki, ədalətsiz idi”, - Gürcüstan hökumətinin başçısı Cosep Borrel ilə Tiflisdə danışıqlardan sonra bildirib. Sentyabrın 7-də Josep Borrel ölkənin yüksək vəzifəli şəxsləri ilə danışıqlar aparmaq üçün ilk dəfə Gürcüstana rəsmi səfərə gəlib.
 
Hökumət başçısı ilə görüşdə Aİ diplomatiyasının rəhbəri bildirib ki, Gürcüstan Aİ-yə namizəd statusu almaq üçün 12 şərtdən yalnız 3-nü yerinə yetirib. "Doqquz şərtin hamısı vacibdir və bunlar ölkənin ehtiyac duyduğu islahatlardır. Görülməli iş var, amma hələ vaxt var”, - Aİ diplomatiyasının rəhbəri bildirib. O, həmçinin bildirib ki, Gürcüstan bütün kriteriyalara cavab verməklə uğur qazana bilər. Qaribaşvili bəyan edib ki, Gürcüstan və gürcü xalqı namizəd statusuna layiqdir. O, həmçinin vurğulayıb ki, 12 tövsiyənin əsas hissəsi yerinə yetirilib və ölkə qısa müddət ərzində bütün meyarları yerinə yetirmək üçün əlindən gələni edib, lakin cavab olaraq o, yalnız üç tövsiyənin tam, doqquzunun isə qismən icra olunduğunu eşidib. Və bu baxımdan Gürcüstan və Avropa Komissiyasının fikirləri və yanaşması fərqlidir. Borrel Aİ-yə üzv olmağa namizəd statusunun əldə edilməsi üçün əsas vəzifələri sadalayıb: siyasi həyatın depolarizasiyası, oliqarxiya ilə mübarizə, seçki və məhkəmə sistemlərində islahatlar, mediada plüralizm və insan hüquqları. Qaribaşvili izah edib ki, depolarizasiya ilə bağlı bəndin həyata keçirilməsi üçün əməkdaşlıqdan imtina edən müxalifəti cəlb etmək lazımdır. "Biz tövsiyələri aldıqdan sonra qütbləşmə nəinki azalmadı, əksinə, artdı, çünki radikal qüvvələr, yəni əvvəlki hökumətin partiyasını nəzərdə tuturam, ən anti-Avropa qüvvələridir”, - Gürcüstanın baş naziri izah edib. Qeyd edək ki, 2022-ci ilin iyununda Aİ liderləri Ukrayna və Moldovaya namizəd statusu veriblər. Onlar Gürcüstanın təşəbbüsünü dəstəkləyib və 12 şərti yerinə yetirdikdən sonra statusun verilməsinə razılaşıblar.
 
Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->