Xəbər lenti

Gürcüstan prezidenti diplomatları peşə günü münasibətilə təbrik etmədi
Dünya 11:25 04.11.2024

Gürcüstan prezidenti diplomatları peşə günü münasibətilə təbrik etmədi

Gürcüstan prezidenti Salome Zurabişvili gürcü diplomatlarını Diplomatiya Günü münasibətilə təbrik etməkdən qəti şəkildə imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Zurabişvili bazar günü axşam öz "Facebook" səhifəsində yazıb.

Zurabişvili izah edib ki, hazırkı Gürcüstan hakimiyyətinin Qərb əleyhinə addımlarına dair səssiz mövqelərinə görə diplomatları təbrik edə bilməz.

"20 il əvvəl bu mühüm tarixin mənim təşəbbüsümlə təsis edilməsinə baxmayaraq, sizi Diplomatiya Günü münasibətilə təbrik etmirəm", deyə Zurabişvili yazıb.

O, vurğulayıb ki, bu gün hökumət "istənilən Avropa yolunu tapdalayır”, lakin diplomatların əksəriyyəti susur və etiraz etmir.

"İndiki vaxyda Siz, Gürcüstanın səssiz səfirləri, Brüsseldə, Vaşinqtonda və daha neçə Avropa paytaxtında oturursunuz, nə üçün? İstefa verməyə cəsarət etmirsinizsə, mövqeyinizi ucadan bildirin və ya başqa bir fikri qeyd edin. Yəni bu qədər qorxursan?!", deyə Zurabişvili ritorik sual verib. 

O, diplomatları Rusiyanın hibrid hərəkətlərini görmədiklərinə və seçkilərdə mühacirlərin konstitusiya hüquqlarını qoruya bilmədiklərinə görə tənqid edib.

Xatırladaq ki, müxalifət partiyaları və prezident Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımır, hakim "Gürcü Arzusu"nin seçkiləri "oğurladığını" bəyan edir və genişmiqyaslı etirazlara çağırır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->