Xəbər lenti

Gəncədə 14 yaşlı qız nişanlanıb? - DİN-dən AÇIQLAMA
Ölkə 13:36 15.06.2024

Gəncədə 14 yaşlı qız nişanlanıb? - DİN-dən AÇIQLAMA

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, 8-ci sinif şagirdinə yay aylarında toy mərasimi keçiriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

"Sözügedən şəxslərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nikahın məsuliyyəti barədə məlumat verilib", - deyə o qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->